Rəşad Sadıqov gələcək karyerası ilə bağlı, nəhayət ki, yekun qərarını verib.

Futbolinfo.az xəbər verir ki, “Qarabağ”ın kapitanı yayda aktiv futbolçu həyatını bitirəcək.

38 yaşlı müdafiəçi Qurban Qurbanovla müzakirələrdən sonra fikrini qətiləşdirib.

O, oynayan məşqçi kimi Ağdam klubunda fəaliyyətini davam etdirəcək. Elçin Rəhmanovla birlikdə Qurban Qurbanovun əsas köməkçisi olacaq. (Sportinfo)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp