Aqil Məmmədovun həyati təhlükəsi yoxdu. Təcrübəli qapıçı xəstəxanada tamamilə özünə gəlib və durumu yaxşıdı.
Az öncə başa çatan “Sabah”la oyununun 59-cu dəqiqəsində əvəzlənən “Neftçi”nin qapıçısı meydanı xərəkdə tərk etmişdi. Yerində tibbi müdaxilə ilə özünə gəlsə də, Aqil Təcili Tibbi yardım maşını ilə özəl klinikalardan birinə çatdırılıb. Hazırda qapıçı özünü yaxşı hiss edir və güman ki, evə buraxılacaq.
Məmmədov oyun zamanı hər hansı zədə almamışdı. Futbolçu ürəyində sıxılma hiss etmişdi. Həkimlərin dediyinə görə, həyəcandan belə problem ortaya çıxıbmış.