Futbol üzrə Türkiyə Super Liqasında 25-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, şənbə günü dörd qarşılaşma baş tutub.

Lider “Başakşəhər” bu turda “Göztəpə”, “Trabzonspor” isə “Qaziantep” səfərinə yollanıb. Trabzon təmsilçisi səfərdə xal itirdiyi halda, İstanbul klubu darmadağınla qalib gələrək zirvədəki mövqeyini qoruyub.

Son turlarda uğursuz çıxış edən “Fənərbaxça” bu dəfə “Dənizlispor”la üz-üzə gəlib və növbəti xal itkisi ilə üzləşib.

Türkiyə Super Liqası
25-ci tur
6 mart

Beşiktaş – Ankaragücü 2:1
Qol: B.Yılmaz, 6-pen. Lyayiç, 88 – İ.Parlak, 90+3.

7 mart

Yeni Malatyaspor – Konyaspor 1:1
Qol: M.Yıldırım, 80 – Bayiç, 45+4-pen.

Qaziantep – Trabzonspor 1:1
Qol: Kayode, 53 – Ekuban, 22.

Göztəpə – Başakşəhər 0:3
Qol: D.Ba, 40. Krivelli, 57. İ.Kahveçi, 90+2.

Fənərbaxça – Dənizlispor 2:2
Qol: O.Tufan, 22. S.Aziz, 90+1 – Muravski, 45-pen. M.Yumlu, 75.

8 mart

14:30 Kasımpaşa – Kayserispor
17:00 Rizəspor – Alanyaspor
20:00 Sivasspor – Qalatasaray

9 mart

21:00 Gənclərbirliyi – Antalyaspor

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp