Futbol üzrə Almaniya Bundesliqasında 25-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, şənbə günü altı qarşılaşma baş tutub.
“Herta” – “Verder”, “Şalke” – “Hoffenhaym” və “Volfsburq” – “Leyptsiq” oyunlarında qalib müəyyənləşməyib. “Bayer” “Ayntraxt”ı, “Frayburq” “Yunion”u məğlub yola salıb. Turun mərkəzi görüşündə Dortmund “Borussiya”sı səfərdə Münhenqladbax “Borussiya”sının qonağı olub. Üç qolun qeydə alındığı bu qarşılaşmada isə qonaqlar qələbə qazanan tərəf olub.
Lider “Bavariya” bu turda “Auqsburq”u sınağa çəkəcək.
Almaniya Bundesliqası
25-ci tur
6 mart
Paderborn – Köln 1:2
Qol: Srbeni, 73 – Mere, 28. J.Hektor, 36.
7 mart
Bayer – Ayntraxt 4:0
Qol: Haverts, 4. Bellarabi, 14. Paulinyo, 49; 55.
Frayburq – Yunion 3:1
Qol: Sallai, 34. Gunter, 55. Kox, 82 – Andersson, 61.
Herta – Verder 2:2
Qol: Stark, 41. Kunya, 60 – Sargent, 3. Klaassen, 6.
Şalke – Hoffenhaym 1:1
Qol: Makkenni, 20 – Baumqartlinger, 69.
Volfsburq – Leyptsiq 0:0
Borussiya M – Borussiya D 1:2
Qol: Ştindl, 50 – Hazard, 8. Hakimi, 71.
8 mart
18:30 Bavariya – Auqsburq
21:00 Maynts – Fortuna