“Bu virusun yayılması hamımızı üzür. İranda xeyli sayda ölən insan var. Onlara görə çox üzülürəm” – bu sözləri futbolinfo.az-a açıqlamasında “Neftçi”nin futbolçusu Saman Nərimancahan İranda yayılan koronavirusla bağlı danışarkən deyib.

İranlı yarımmüdafiəçi ailəsinə görə də narahatlıq keçirdiyini bildirib: “Ailəmlə tez-tez danışıram. Çox narahat durumdur. Hər kəsə deyiblər ki, çalışın, evdən çıxmayın. Spirtdən mütləq istifadə etməyi tapşırıblar. Hamı əllərini, üzünü onunla təmizləyir. Atam, anam, nişanlım çətin vəziyyətdən danışır. Onlar Azərbaycana da gəlmək istəyirdilər. Amma sərhəd bağlandı, gələ bilmədilər. İndi telefonda danışırıq. Ümid edirəm ki, Azərbaycana gəlib çıxmaz. Burada azdır və onun da qarşısını alacaqlarına inanıram. İran dövlətinin də bu çətinliyin öhdəsindən gələcəyinə əminəm”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp