Futbol üzrə Türkiyə Super Liqasında 25-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bazar günü daha üç görüş baş tutub.

Turun mərkəzi görüşündə “Qalatasaray” səfərdə “Sivasspor”un qonağı olub. Dörd qolun qeydə alındığı bu görüşdə qalib müəyyənləşməyib.

“Rizəspor” – “Alanyaspor” matçı da heç-heçə yekunlaşıb.

“Kasımpaşa” isə doğma meydanda “Kayserispor”a böyük hesabla qalib gəlib.

Türkiyə Super Liqası
25-ci tur

6 mart

Beşiktaş – Ankaragücü 2:1
Qol: B.Yılmaz, 6-pen. Lyayiç, 88 – İ.Parlak, 90+3.

7 mart

Yeni Malatyaspor – Konyaspor 1:1
Qol: M.Yıldırım, 80 – Bayiç, 45+4-pen.

Qaziantep – Trabzonspor 1:1
Qol: Kayode, 53 – Ekuban, 22.

Göztəpə – Başakşəhər 0:3
Qol: D.Ba, 40. Krivelli, 57. İ.Kahveçi, 90+2.

Fənərbaxça – Dənizlispor 2:2
Qol: O.Tufan, 22. S.Aziz, 90+1 – Muravski, 45-pen. M.Yumlu, 75.

8 mart

Kasımpaşa – Kayserispor 5:1
Qol: Koyta, 6. Şarliya, 11. Ndonqala, 30. A.Kara, 83. Y.Erdoğan, 87.

Rizəspor – Alanyaspor 1:1
Qol: Samudio, 61 – Bammu, 35.

Sivasspor – Qalatasaray 2:2
Qol: H.Arslan, 7. E.Kılınc, 59 – Falkao, 14. Fequli, 37.

9 mart

21:00 Gənclərbirliyi – Antalyaspor

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp