“Keşlə”nin futbolçusu Aleksandr Kriştovao evdə “Qarabağ”a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının 20-ci tur matçından sonra brifinq keçirib.

Futbolinfo.az xəbər verir ki, təcrübəli hücumçu öncə oyunu dəyərləndirib.

“İlk hissədə 2 qol epizodumuz oldu. Onlardan birini 100 faiz dəyərləndirmək olardı. Əfsuslar olsun ki, o epizodları qaçırdıq. “Qarabağ”a qarşı çətin oyun keçirdik”.

  • İkinci hissədə 100 faizli qol epizodunuz oldu. Fərqlənsəydiniz, nəticə fərqli olardı?
  • Bu epizod “Qarabağ”la fərqimizi göstərdi. Biz fürsətləri qaçırtdıq, “Qarabağ” qol epizodlarını dəyərləndirdi.
  • “Qarabağ” Çempionlar Liqasında oynamış komandadır. Bunu qarşılaşma zamanı hiss etdiniz?
  • “Qarabağ”ın keyfiyyətli komanda olduğunu bilirik. Bunu oyunları ilə nümayiş etdirdilər. Hazırda turnir cədvəlində də liderdirlər.
  • Lorenzo Frutos bombardir olsa da, sən gələndən sonra ehtiyatda əyləşir. Belə olacağını düşünürdünüz?
  • Frutos yaxşı hücumçudur. Bu, məşqçinin seçimidir. Onun etimadını doğrultmağa çalışıram.
  • Azərbaycan Premyer Liqası barədə düşüncələriniz necədir? Qol vurmamağınız çempionatın ağır keçməsi ilə əlaqəlidir?
  • Hər oyun epizodlar yaranır və bunu qola çevirməyə çalışıram. Təəssüflər olsun ki, qaçırdığım fürsətlər də olur. Öz üzərimdə işləyirəm, səbirli olub, keyfiyyətimi göstərməyə çalışıram. (Report)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp