“Yuventus” İtaliya A Seriyasının 26-cı turu çərçivəsində “İnter”i məğlub edib.

Futbolinfo.az xəbər verir ki, 2:0 hesabıyla bitən matç Turin təmsilçisinin futbolçusu Kriştiano Ronaldo üçün əlamətdar olub.

Bu barədə portuqaliyalı hücumçu rəsmi “instagram” hesabından məlumat yayıb.

Belə ki, Ronaldo peşəkar karyerası ərzində 1000-ci rəsmi oyununa çıxıb. 35 yaşlı hücumçu 18 mövsüm ərzində 4 klubda (“Sportinq”, “Mançester Yunayted”, “Real”, “Yuventus”) çıxış edib və 725 qola imza atıb.

Hazırda “Yuventus”da çıxış edən Ronaldonun müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp