“Real” İspaniya La Liqasının 27-ci turunda “Betis”ə məğlub olub.

Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, 1:2 hesabıyla bitən matç “kral klubu”nun hücumçusu Kərim Benzema üçün əlamətdar olub.

Belə ki, “Betis”lə matçda komandasının yeganə qoluna imza atan fransız futbolçu, “Real”dakı qollarının sayını 241-ə çatdırıb. Benzema, “Real”ın tarixində ən çox qol vuran futbolçular siyahısında 5-ci yerə yüksəlib.

“Real” tarixinin bombardiri 450 qolla Kristiano Ronaldodu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp