“Arsenal”ın İngiltərə Federasiya kubokunun 1/8 finalının “Portsmut”la matçında (2:0) zədələnən futbolçusu Lukas Torreyranın durumuna tam aydınlıq gəlib.

Futbolinfo.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə, 24 yaşlı yarımmüdafiəçinin 8-10 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp