İtaliyada koronavirus epidemiyasına görə A Seriyasının bütün oyunlarının aprelin 3-nə qədər təxirə salındığını xəbər vermişdik.

Futbolinfo.az xəbər verir ki, A Seriyası rəhbərliyi turnirin bu mövsümünün oynanılmaması variantını da nəzərdən keçirir. Bu barədə “La Republica” nəşri məlumat yayıb. Xəbərdə, A Seriyasında 2019/20 mövsümünə yekun vurulmasının və turnir cədvəlindəki hazırkı vəziyyətə görə çempionun müəyyənləşdirilməsinin nəzərdən keçirildiyi bildirilir.

A Seriyasında hazırda “Yuventus” 63 xalla liderdi. Çempionatın başa çatmasına 12 tur qalıb.

Son məlumatlara əsasən, İtaliyada koronavirusa yoluxanların ümumi sayı 9 min nəfəri ötüb. Koronavirus İtaliyada azı 463 nəfərin həyatına son qoyub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp