İngiltərənin “Tottenhem” klubu ciddi itkiylə üzləşib.

Futbolinfo.az xəbər verir ki, London təmsilçisinin futbolçusu Stiven Berqveyn sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İngiltərə Premyer Liqasının 29-cu turunun “Bernli” ilə matçında (1:1) zədələnən hücumçunun bir müddət yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Berqveynin sağalma müddəti tibbi müayinədən sonra açıqlanacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp