“İnter” hazırda icarə əsasında “Milan”da çıxış edən Asmir Beqoviçlə maraqlanır.

Futbolinfo.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Xəbərdə, “İnter”in Beqoviçi Samir Handanoviçin yerinə düşündüyü bildirilir. “Neradzurra” yayda bosniyalı qapıçı üçün rəsmi danışıqlara başlayacaq.

Müqavilə ilə “Bornmut” klubuna məxsus olan Beqoviç, mövsümün ilk dövrəsini icarə əsasında “Qarabağ”da keçirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp