Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində PSJ ilə “Borussiya” (Dortmund) arasında keçiriləcək cavab matçı koronavirus epidemiyasına görə azarkeşsiz oynanılacaq.

Futbolinfo.az xəbər verir ki, bu görüşdə fanatların olmaması Fransa klubunun 10 milyon avro itirməsinə səbəb olacaq.

Bu məbləğə təkcə bilet pulları deyil, həm də stadion ərazisində yerləşən mağaza və digər obyektlərin qazancları da daxildi. Paris təmsilçisi bununla yanaşı, oyun günü işləyəcək mühafizə xidməti və digər işçilər üçün də müəyyən qədər pul ödəyəcək.

Sabah keçiriləcək PSJ – “Borussiya” matçı saat 00:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda dortmundlular 2:1 hesabıyla qələbə qazanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp