Misirin “6th October” klubunda çıxış edən Ezz El-Din Bahader tarixi rekorda imza atıb.

Futbolinfo.az xəbər verir ki, 75 yaşlı futbolçu Misirin 3-ci liqasında “Genius”la matçda (1:1) zədəli olmasına baxmayaraq, 90 dəqiqə meydanda olub və penaltidən qol vurub. Bununla da o, qol vuran ən yaşlı peşəkar futbolçu olub.

4 övladı və 6 nəvəsi olan Bahader daha 1 matçda 90 dəqiqə oynayarsa, israilli İsaak Hayikə məxsus olan ən yaxşı futbolçu rekordunu yeniləyəcək və “Ginnesin rekordlar kitabı”na düşəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp