Yunanıstanın “Olimpiakos” klubunun sahibi və prezidenti Evangelos Marinakisdə koronavirus aşkarlanıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə o, “İnstagram” hesabında məlumat paylaşıb.

Marinakis koronavirus testinin müsbət nəticə verdiyini açıqlayıb: “Koronavirus məni də ziyarət etdi. Bu barədə ictimaiyyəti məlumatlandırmaq məcburiyyətindəyəm. Özümü yaxşı hiss edirəm. Çünki bütün lazımi tədbirləri görüb, həkimlərin tövsiyələrinə əməl edirəm. Bütün dostlarım və vətəndaşlarımıza da eynisini tövsiyə edirəm”.

Qeyd edək ki, Yunanıstanda koronavirusa 89 yoluxma faktı qeydə alınıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp