AFFA-nın milliləşdirmə üçün hazırlığa başladığı Sezar Meza Kolli yığmanın formasını geyinməkdən imtina edə bilər. Sportinfo.az-a bu barədə məlumat “Keşlə”dən daxil olub.

Belə ki, ictimaiyyətin və medianın federasiyanın bu addımını kəskin tənqid eləməsi paraqvaylı yarımmüdafiəçiyə məyusluq hissi yaşadıb. Klub rəsmiləriylə görüşən cənubi amerikalı legioner seçimindən dolayı narahatlıq keçirdiyini, yığmanın təklifini geri çevirmək barədə düşündüyünü bildirib. Sezar əksər əcnəbi futbolçulardan fərqli olaraq, Azərbaycanın şərəfini qorumaq üçün AFFA-dan pul tələb etmədiyini xatırladıb və haqqında söylənilən fikirlərin ailəsini də üzdüyünü deyib.

“Keşlə” mənsubları paraqvaylıya narahat olmamağı məsləhət görüb və onun diqqətinə çatdırıb ki, sənədlərinin hazırlanması vaxtında başa çatsa, millinin bu ay Maltada keçiriləcək təlim-məşq toplanışına dəvət alacaq.

P.S.: Bizdə olan məlumata görə, Sezarın millimizdə oynaması mümkün deyil. FIFA-dan mənfi cavab gələcəyi bilindiyindən Meza Kolli belə “oyun oynayır”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp