“Qarabağ” heyətini gücləndirmək üçün transfer çalışmalarına indidən başlayıb. Ağdamlılar yeni avrokubok mövsümündə uğurlu çıxış etmək üçün indidən seçimlərini qətiləşdirir.

Bir neçə legionerlə danışıqları davam etdirən çempion yerli bazara da diqqət yetirir. Əsas hədəf isə “Sumqayıt”ın milliləşdirilmiş üzvü Aleksey İsayevdi. İndiki klubundan məmnun olmayan və yayda vidalaşmağı düşünən rusiyalı yarımmüdafiəçi “Qarabağ”ın təklifi üzərində düşünür.

Ağdam klubu Alekseyi daha çox ehtiyat variant kimi nəzərdə tutub. Orta sahəyə planlaşdırılan keçidlər reallaşmayacağı təqdirdə İsayevlə bağlı məsələ daha aktual olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp