Birləşmiş Ərəb Əmirliklərinin “Baniyas” klubu “Prezident kuboku”nda növbəti oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeydanın formasını geyindiyi bu komanda yarımfinal mərhələsi çərçivəsində “Əl-Dafra” ilə qarşılaşıb.
“Baniyas” bu oyundan 0:1 hesabı ilə məğlub ayrılıb və finala çıxa bilməyib.
Almeyda da bu görüşün iştirakçısı olub. O, bu oyuna da start heyətdə başlayıb və əlavə vaxt olduğu üçün 120 dəqiqə mübarizə aparıb.