Fransanın “Mets” klubunun futbolçularından biri koronavirus aşkarlanan şəxslə təmasda olduğu üçün karantinə alınıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. “Mets”in futbolçusunda hazırda koronavirusun əlamətlərinin olmadığı bildirilir.

“Mets” klubunun digər üzvləri məşqləri davam etdirirlər. Komandanın üzvlərinin daim həkim nəzarətində olduğu bildirilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp