“Qəbələ”nin hücumçusu Nikolas Rayselin futbolinfo.az-a müsahibəsi

– Son matçda 5:0 hesablı qələbə qazandınız. Gözlənilməz olmadı?

– Düşünürəm ki, matça daha təzyiqli başladıq və taktikamızı düzgün qurduq. Bilirdik ki, “Sumqayıt” çempionatın yaxşı komandalarından biridir. Biz 2 qolu çox tez vurduq və birinci hissədən sonra hesabı 3:0-a gətirdik. Artıq bundan sonra asan olacaqdı, çünki evdə oynayırdıq. Biz kompakt şəkildə uğurlu çıxış etdik və sona qədər mübarizədən düşmədik.

– Qış fasiləsindən sonra ardıcıl uğursuz matçlar heç də yaxşı mənzərə yaratmırdı. Nə dəyişdi ki, 2 qarşılaşmada qalib gələ bildiz?

– Biz çox gənc komandayıq. Düşünürəm ki, belə olanda stabilliyə və inama ehtiyacımız var. Bundan sonra ən yaxşı futbolumuzu ortaya qoyacağıq. Biz fikrimizi, motivasiyamızı dəyişdik və qələbələr qazandıq. Bu, artıq başqa mentalitetdir.

– Çempionatımıza adaptasiya oldun?

– Düşünürəm ki, bəli. Artıq adaptasiya prosesini geridə qoydum. İndi meydanda daha çox olmaq, oynamaq və qollar vurmaq vaxtıdır. Bunun üçün əlimdən gələni edəcəm.

– Cəmi 6 oyuna çıxsan da, hesabında artıq 4 qol var. Bunun ardını gətirmək üçün sənə nə lazımdır?

– Mən əminəm ki, qollarım davam edəcək. Çünki özümdə bu keyfiyyətləri görürəm. Hər gün daha çox xeyirli olmaq üçün çalışıram. Lakin hədəfim təkcə qol vurmaq deyil, “Qəbələ” üçün nəsə edə bilməkdir. Bizim indi xallara ehtiyacımız var və qələbələr qazanmalıyıq, qalibiyyət seriyasını komanda şəklində davam etdirməliyik. Əgər bunda payım olarsa, çox sevinərəm. Qol vurmaq və ya qol ötürməsi vermək üçün çalışacam.

– Qarşıda “Qarabağ”la ağır oyun var. Qalib gəlmək mümkün olacaq?

– Hər kəs bilir ki, çox çətin oyun olacaq. Lakin dediyim kimi, bundan əvvəlki kimi mübariz ruhumuzu saxlasaq, komanda şəklində oynasaq, “Qarabağ”dan xal ala bilərik. Biz onlarla matça hazırıq.

CAVAD

Shares: