İngiltərədəki bütün futbol matçları koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçiriləcək.

Futbolinfo.az “The Times”a istinadən xəbər verir ki, bu barədə qərar sabahkı iclasda qəbul olunacaq. Mövsümün təxirə salınması gündəmdə deyil. İngiltərə Premyer Liqasının oyunları və aşağı divizionlardakı görüşlər boş tribunlar önündə olacaq.

Qarşılaşmalar təhlükəsizlik səbəbindən pablarda yayımlanmayacaq.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirusu pandemiya elan edib.

Shares: