Bu gün “Keşlə” futbol akademiyasının 3 yetirməsi – Pənci Ağazadə, Fərid Muxtarov (hər ikisi U-19) və Sahib Həsənov (U-16) əsas komandaya cəlb olunublar.
Futbolinfo.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Bu gündən etibarən hər 3 futbolçusu baş məşqçi Tərlan Əhmədovun rəhbərliyi altında əsas komanda ilə məşqlərə başlayıblar.
Qeyd edək ki, baş məşqçinin qərarına əsasən, gələcəkdə akademiyada oynayan və özlərini yaxşı tərəfdən göstərən digər futbolçular da əsas komandanın məşlərində iştirak edəcəklər.