“Sabah”ın qapıçısı Dmitro Bezrukun futbolinfo.az-a müsahibəsi
– Son turda “Neftçi”yə böyükhesablı məğlubiyyəti necə izah edərdin?
– “Neftçi” ilə matça yalnız qələbə qazanmaq fikri ilə çıxmışdıq. Lakin erkən qol buraxdığımız üçün bütün planlarımız pozuldu. Ona görə də böyük hesabla uduzduq.
– Komanda qış fasiləsindən sonra pis irəliləmirdi. Nə baş verdi ki, bir matçda 4 qol buraxdınız?
– Düşünmürəm ki, komandada nəsə baş verib. Sadəcə, belə məğlubiyyətlər bəzən olur.
– Səncə, bu komandada eniş yarada bilər?
– Futbolda enişlər, yüksəlişlər olur. İnanıram ki, qarşıdakı matçlarda yaxşı şeylər olacaq. Enişlərlə üzləşməyəcəyik. Hədəfimizə doğru irəliləyə biləcəyik.
– Buraxılan qollarda özünü günahkar sayırsan?
– Vəziyyətlə əlaqədar start heyətində meydana çıxdım. Oyunda çıxışıma gəlincə, aşağı səviyyədə oynadım. Fikrimcə, bu, mənim səviyyəm deyildi. Özümü daha yaxşı tərəfdən göstərə bilərdim.
– Oyun təcrübəsinin az olması özünü göstərdi?
– Qapıçılar üçün təcrübə olmadan meydana çıxmaq çox çətindir. Bu, özünü göstərir. Hazırki vəziyyətdə reallıq budur.
– Növbəti qarşılaşmalara motivasiya olmaq çətin deyil?
– Biz bu oyunu təhlil etdik. Bütün yaxşı və pis məqamları özümüz üçün analiz etdik. Artıq hər şeyi unutmuşuq və gələcəkdəki qarşılaşmalara köklənirik.
– “Keşlə” ilə matça hazırsız?
– Sözsüz ki, “Keşlə” çox yaxşı komandadır. Keyfiyyətli futbolçulara malikdirlər. Lakin bizim üçün yalnız öz oyunumuz maraqlıdır və meydana qələbə üçün çıxırıq.
– Hədəfinizə çatmaq mümkün olacaq?
– Konkret hədəfimiz oyundan-oyuna inkişaf etmək, yaxşı nəticə qazanmaqdır. Qarşımızda bir hədəf yoxdur ki, məsələn, 10 oyun ardıcıl qalib gələk.
AĞA