Türkiyədə aprelin sonlarınadək bütün idman yarışları koronavirus səbəbindən azarkeşsiz keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, bununla bağlı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən toplantıda qərar qəbul olunub. Qərar Türkiyə Super Liqası qarşılaşmalarına da şamil edilib.

Beləliklə, martın 13-dən bütün oyunlara tamaşaçı buraxılmayacaq. Martın 15-də “Qalatasaray” və “Beşiktaş” komandaları arasında Super Liqanın 26-cı turu çərçivəsində keçiriləcək oyun da azarkeşsiz olacaq. Tamaşaçısız oyunlar 32-ci turadək davam edəcək.

Türkiyə Kubokunda isə yarımfinal qarşılaşmaları bağlı qapılar arxasında oynanılacaq.

Shares: