UEFA Çempionlar Liqası və Avropa Liqasının pley-off oyunlarını yeni formatda davam etdirmək niyyətindədi.

Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, 1/4 final mərhələsi bir görüşdən ibarət ola bilər.

Bu matçın neytral meydanda və ya püşk yolu ilə ev sahibini müəyyənləşdirməklə təşkili mümkündü. Daha sonra standart yarımfinal və final qarşılaşmaları əvəzinə UEFA mini-turnir keçirmək niyyətindədi.

Qeyd edək ki, hələlik Çempionlar Liqasında 1/8 final mərhələsinin 4 cavab oyunu keçirilib. Növbəti mərhələyə Fransanın PSJ, Almaniyanın “Leyptsiq”, İspaniyanın “Atletiko” və İtaliyanın “Atalanta” klubları çıxıb. Qalan oyunlardan “Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya) və “Yuventus” (İtaliya) – “Olimpik” (Lion, Fransa) görüşləri qeyri-müəyyən vaxta təxirə salınıb. “Bavariya” (Almaniya) – “Çelsi” (İngiltərə) və “Barselona” (İspaniya) – “Napoli” (İtaliya) qarşılaşmaları martın 18-də keçirilməlidi.

Qeyd edək ki, UEFA-nın martın 17-də Çempionlar Liqası və Avropa Liqasını dayandıracağı gözlənilir. Yeni format turnirlər bərpa olunduqdan sonra nəzərdə tutulub.

Shares: