Futbol üzrə Almaniya Bundesliqası koronavirus epidemiyası səbəbiylə dayandırıla bilər.
Futbolinfo.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Bildirilir ki, Almaniya Futbol Federasiyası martın 16-da məsələylə bağlı yekun qərar vermək üçün iclas keçirəcək. Qərar qəbul olunarsa, çempionatın 26-cı turundan sonra liqa dayandırılacaq. Bu halda, mövsümün çempionu müəyyənləşməyəcək. Bundan başqa, Bundesliqanı tərk edən komanda da olmayacaq. Növbəti mövsümdə çempionata 4 klub yüksələcək və 22 komanda mübarizə aparacaq. Mövsümün sonunda isə son 4 yeri tutan komanda Bundesliqanı tərk edəcək.
Epidemiya səbəbiylə Bundesliqanın növbəti turunun oyunları azarkeşsiz keçiriləcək. Almaniyada indiyədək üç minə yaxın insan bu virusa yoluxub.