21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilməli olan İsveçrə – Azərbaycan görüşü təxirə salına bilər.

Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA-nın vitse-prezidenti, AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Komanda.az-a müsahibəsində deyib. O, dünyada geniş yayılan koronavirus pandemiyasına görə İsveçrə ilə oyunun təxirə salınmasıyla bağlı AFFA rəhbərliyinə və UEFA-ya müraciət edəcəklərini bildirib.

İsveçrə – Azərbaycan oyunu martın 26-da keçirilməlidir.

Shares: