Futbol üzrə Fransa Liqa 1-i dayandırılıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
Xəbərdə, koronavirus pandemiyasına görə Liqa 1 və Liqa 2-nin qeyri-müəyyən müddətə təxirə salındığı bildirilib.
Bu gün həmçinin Almaniya Bundesliqasında da oyunların təxirə salındığı açıqlanıb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Koronavirus pandemiyasına görə Bundesliqa martın 17-dən aprelin 2-nə qədər keçirilməyəcək. Almaniya 2-ci Bundesliqası da eyni vaxtadək təxirə salınıb.
Xatırladaq ki, daha öncə “böyük beşlik”də İtaliya A Seriyası və İspaniya La Liqası da dayandırılmışdı.