21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin oyunu təxirə salınıb.
Futbolinfo.az xəbər verir ki, AFFA Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilməli olan İsveçrə – Azərbaycan matçı nəzərdə tutulduğu kimi martın 26-da oynanılmayacağını rəsmən açıqlayıb.
Görüş koronavirus epidemiyasına görə qeyri-müəyyən müddətə təxirə düşüb. Bu, AFFA və İsveçrə Futbol Assosiasiyası arasında əldə olunmuş qarşılıq razılığa və UEFA-nın təsdiqinə əsasən gerçəkləşib.
Xatırladaq ki, bunadək əsas yığmamızın Maltada təlim-məşq toplanışı və orda keçirilməsi nəzərdə tutulan 2 yoldaşlıq görüşü ləğv olunmuşdu.