İspaniyanın “Leqanes” klubunun baş direktoru Martin Orteqa koronavirusa yoluxub.
Futbolinfo.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə, Orteqanın koronavirus testinin müsbət çıxdığı bildirilib.
“Leqanes” rəsmisi və yaxın zamanda onunla əlaqədə olan şəxslər karantinə alınıb.