İtaliyanın “Sampdoriya” klubunun daha dörd futbolçusuna koronavirus diaqnozu qoyulub.
Futbolinfo.az xəbər verir ki, bunlar müdafiəçi Omar Kolli, yarımmüdafiəçi Albin Ekdal, cinah oyunçusu Morten Torsbi, eləcə də hücumçu Antonio La Quminadı. Onların hamısından götürülmüş test müsbət nəticə verib.
Xatırladaq ki, daha öncə “Sampdoriya”nın digər hücumçusu Manolo Qabbyadinidə də koronavirus aşkarlanmışdı.
Daha əvvəl “Yuventus”un müdafiəçisi Daniele Ruqanidən də infeksiya aşkarlanıb. Turin klubu futbolçunu onunla təmasda olmuş bütün şəxslərdən izolyasiya edib. Hücumçu Paulo Dibalanın da yoluxması barədə xəbərlər yayılıb. Lakin bu xəbər rəsmən təsdiqlənməyib.