“Keşlə”nin futbolçusu Lorenso Frutos Paraqvay mətbuatına açıqlama verib.
Futbolinfo.az “tigosports.com.py” saytına istinadən xəbər verir ki, 30 yaşlı hücumçu Azərbaycanda hazırkı vəziyyətdən danışıb:
“Burda hər şey dayandırılıb, obyektlər bağlanıb. Çempionat və təlim-məşq toplanışları da dayanıb. Tək deyilik, bunların öhdəsindən gəlməyə çalışırıq.
Komandama kömək etmək üçün əlimdən gələni edirəm. Avropa Liqası zonasındayıq. Burda özümü çox rahat hiss edirəm”.