PSJ-nin futbolçusu Ander Herrera koronavirus pandemiyası səbəbiylə məvacibinin azaldılmasına razıdı.
Futbolinfo.az xəbər verir ki, bu barədə 30 yaşlı yarımmüdafiəçi İspaniya mətbuatına açıqlamasında deyib.
Herrera, koronavirus pandemiyası səbəbindən məvacibinin azaldılmasını qəbul edəcəyini bildirib.
Fransada koronavirus pandemiyasından 2300-dən çox insan dünyasını dəyişib.