İspaniyanın “Selta” klubunun futbolçusu Pione Sisto karantin qaydalarını pozub.
Futbolinfo.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Sisto, karantin qaydalarını pozaraq, avtomobili ilə doğma şəhəri Kopenhagenə yollanıb. 25 yaşlı hücumçu yolda olarkən “Selta” rəhbərliyini Danimarkaya getməsiylə bağlı məlumatlandırıb.
“Selta”nın Sistonu karantini icazəsiz tərk etdiyi üçün cəzalandıracağı gözlənilir.
Danimarka milli komandasının da üzvü olan Sisto, 2016-cı ildən “Selta”da çıxış edir.