“Azərbaycan çempionatını qiymətləndirməmək olmaz. Axı, Tula “Arsenal”ının “Neftçi”dən aldığı məğlubiyyət yaddaşlarda yenidi. Buna baxmayaraq, Cəmaləddin Xocaniyazovun taleyi belə görünmürdü”.

Futbolinfo.az xəbər verir ki, bu, “Sumqayıt”ın türkmənistanlı futbolçusu Cəmaləddin Xocaniyazov haqda Rusiyanın mətbuatında gedən məqalədə yer alıb.

Rusiyalı həmkarlarımızın fikrincə, Rusiya U-17 və U-19 yığmalarının heyətində Avropa çempionatının mükafatçısı olan, “Zenit”in italiyalı sabiq baş məşqçisi Luçano Spalettinin əla gələcək vəd etdiyi bu müdafiəçi daha yüksək çempionatın iştirakçısı olmalı idi: “Futbolçu tezliklə 24 yaşında olacaq və Rusiya millinin potensial oyunçusu, “Zenit”in futbolçusu Azərbaycan çempionatının ortababına qədər yuvarlandı. Bu yerdə qeyd etmək lazımdır ki, hazırkı komandasında müntəzəm əsas heyətdə çıxış edir. Xocaniyazov özü də haradasa başa düşür ki, lazım olan yerə istiqamətlənməyib. Buna baxmayaraq, o, yalnız 23 yaşındadır və hər şeyi düzəltmək şansları hələ var”.

Xocaniyazovun millimizdə çıxış etmık perspektivinə də toxunulub: “Üstəlik, bu yaxınlarda futbolçunun Azərbaycan yığması üçün oynamaq istədiyi barədə xəbərlər gəlirdi. Bu, Türkmənistandan daha perspektivli görünür (bu yığmaya bütün hörmətin qarşılığında). Yeri gəlmişkən, Xocaniyazovla birlikdə həmin AÇ-2013-də Rusiya yığmasının heyətində mübarizə aparan Ramil Şeydayev artıq Azərbaycan millisində oynayır. Tamamilə təsadüfi səbəbindən Ramil də Azərbaycan çempionatında oynayır”.

Shares: