Türkiyənin “Konyaspor” klubu futbolçusu Robert Makla yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
“Konyaspor” koronavirus pandemiyasına görə ailəsinin yanında olmaq istəyən Makın müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib.
Yanvarda “Zenit”dən “Konyaspor”a keçən 29 yaşlı hücumçunun müqaviləsi mövsümün sonuna qədər idi.