Türkiyənin “Dənizlispor” klubunun futbolçusu Modu Berrou komandanın düşərgəsini icazəsiz tərk edib.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, qambiyalı hücumçu klub rəhbərliyinə xəbər vermədən ölkəsinə yollanıb.

Onun koronavirus pandemiyası ilə bağlı ailəsinin yanında olmaq üçün vətəninə getdiyi bildirilib.

Qeyd olunub ki, 28 yaşlı forvard maaşını ala bilmədiyi üçün daha əvvəl 2 dəfə komandadan ayrılmaq istədiyini rəhbərliyə çatdırsa da, “yox” cavabı alıb.

“Dənizlispor”un Berrou ilə müqaviləyə xitam verəcəyi qeyd olunub.

Xatırladaq ki, dünən “Konyaspor” klubu slovakiyalı futbolçusu Robert Makla eyni səbəbdən yolları ayırıb.

Shares: