Almaniyanın “Bavariya” klubunun prezidenti Karl-Haynts Rummenigge yeni müqavilə ilə bağlı danışıqlar apardıqları futbolçular haqda açıqlama verib.

Futbolinfo.az Almaniya mətbuatına istinadən xəbər verir ki, klub rəhbəri, koronavirus səbəbiylə çempionatın dayanmasının və gəlirlərin azalmasının danışıqlara təsir etməyəcəyini bildirib:

“Koronavirus pandemiyasından əvvəl futbolçulara müqavilə təklif etmişdik. Biz bu vəziyyətdən futbolçuların müqavilələrindəki məvacibi və dəyəri azaltmaq üçün istifadə etmək istəmirik. Düşünürəm ki, onların hər biri “Bavariya”nın özlərinə qarşı çox dürüst və güvənli bir klub olduğunu bilirlər”.

“Bavariya”da Manuel Noyer, David Alaba, Tomas Müller və Tiaqo Alkantaranın müqaviləsi 2021-ci ildə bitir.

Shares: