İngiltərənin “Tottenhem” klubu koronavirus pandemiyası səbəbiylə əməkdaşlarının məvacibini azaltmağa qərar verib.

Futbolinfo.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, klub, pandemiya səbəbiylə dəyən zərəri azaltmağa görə idarəçiləri və digər işçiləri aprel və may ayı üçün tətilə göndərib, məvaciblərini 20 faiz azaldıb.

Shares: