Futbol üzrə İngiltərə Premyer Liqasındakı klubların mövsümün qalan hissəsi ilə bağlı fikir ayrılıqları barədə təfərrüatlar bəlli olub.

Futbolinfo.az xəbər verir ki, yalnız turnir cədvəlinin son pillələrindəki 4 komanda mövsümün ləğv edilməsini istəyir.

Klub rəhbərlərinin fikrincə, mövsümün sonunda onlara ödəniləcək məbləğ qalan turları ləğv etmək üçün yayım şirkətlərinə geri qaytarmalı olduqları puldan çox olacaq.

Premyer Liqanın digər klubları isə mövsümün qalan hissəsinin ləğv olunması fikrinə qarşıdılar.

Qeyd edək ki, İngiltərə Premyer Liqası martın 13-də koronavirus pandemiyasına görə dayandırılıb. Əvvəlcə mövsümün aprelin 3-də bərpa olunacağı açıqlansa da, daha sonra bu müddət aprelin 30-dək uzadılıb. 29 turdan sonra “Liverpul” 82 xalla liderdi və ən yaxşı izləyicisi “Mançester Siti”ni 25 xal qabaqlayır.

Shares: