Almaniyanın “Bavariya” klubunun futbolçusu Jerom Boatenq avtomobil qəzasına düşüb.
Futbolinfo.az xəbər verir ki, hadisə 32 yaşlı müdafiəçinin qarlı havada yay rezin təkərləri olan “Mercedes”lə yola çıxması üzündən baş verib.
Futbolçu Leyptsiqə, oğlunun yanına gedirkən maşın yoldan sürüşərək yan səddə çırpılıb. Nəticədə avtomobilə 25 min avro ziyan dəyib. Oyunçunun özü isə xəsarət almayıb.
Boatenq 2011-ci ildən “Bavariya”nın şərəfini qoruyur. Təcrübəli futbolçu bu mövsüm Bundesliqada 16 oyuna 1 məhsuldar ötürmə müəllifi olub. Onun Münhen təmsilçisi ilə müqaviləsi 2021-ci ilin yayına qədərdi.