Fransanın “Olimpik” (Marsel) klubunun sabiq prezidenti Pape Diuf koronavirusdan ölüb.

Futbolinfo.az xarici KİV-lərə istinadən xəbər verir ki, pandemiyaya yoluxan 68 yaşlı sabiq rəhbərin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Diuf 2005-2009-cu illər aralığında Marsel klubunun prezidenti olub.

Xatırladaq ki, bundan əvvəl “Vitess”in sabiq prezidenti Kes Bekker və “Real”ın sabiq rəhbəri Lorenso Sans koronavirusudan dünyasını dəyişmişdi.

Shares: