Avropada çıxış edən ən yaxşı gənc futbolçu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, “Goal” nəşrinin versiyasına əsasən, bu ada İspaniyanın “Real” klubunun hücumçusu Rodriqo Qoes layiq görülüb.
19 yaşlı braziliyalı forvard cari mövsüm “kral klubu”nun heyətində 21 oyun keçirib. Gənc futbolçu bu matçlarda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
İkinci pillədə İspaniya “Barselona”sının hücumçusu Ansu Fati qərarlaşıb. İngiltərə təmsilçisi “Mançester Yunayted”in oyunçusu Meyson Qrinvud isə sıralamada 3-cüdü.
- Rodriqo Qoes (Braziliya, “Real”)
- Ansu Fati (İspaniya, “Barselona”)
- Meyson Qrinvud (İngiltərə, “Mançester Yunayted”)
- Reyner (Braziliya, “Real Madrid”)
- Eduardo Kamavinqa (Fransa, “Renn”)
- Qabriel Martinelli (Braziliya, “Arsenal”)
- Li Kan İn (Cənubi Koreya, “Valensiya”)
- Məhəmməd İhattaren (Niderland, PSV)
- Takefuso Kubo (Yaponiya, “Real”)
- Rayan Qravenberx (Niderland, “Ayaks”)