“Liverpul”un futbolçusu Sadio Mane koronavirusla mübarizəyə dəstək olub.

Futbolinfo.az xəbər verir ki, seneqallı hücumçu ölkəsində koronavirusdan əziyyət çəkən xəstələrin müalicəsi üçün xəstəxana tikdirir. Bu barədə Manenin meneceri Byorn Bezemer Seneqal mətbuatına açıqlamasında deyib.

Benzemer Manenin doğulduğu yer olan Bambali qəsəbəsində yeni xəstəxana tikiləcəyi və bütün xərcləri Manenin qarşılayacağını bildirib. Xəstəxananın inşası 3,5 milyon dollara başa gələcək.

Mane bir müddət əvvəl Seneqalda Koronavirusla Mübarizə Fonduna 45 min avro ianə etmişdi.

Shares: