“Çelsi”nin sabiq futbolçusu Eşli Koulun evi qarət olunub.
Futbolinfo.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. Bir neçə maskalı şəxs Koulun evinə arxa qapıdan daxil olub və bahalı zinət əşyalarını ələ keçirib.
Bəzi mənbələr oğurluq zamanı Eşli Koulun təhdid edildiyi və stula bağlandığını iddia edir. Ancaq bunun nə dərəcədə düzgün olduğu hələ bilinmir.
2006-2014-cü illər aralığında “Çelsi”də forma geyinən Koul, hazırda “zadəganlar”ın akademiyasında çalışır.