İsveçli hücumçu Zlatan İbrahimoviç “Milan”dan ayrılmağa hazırlaşır.

Futbolinfo.az xəbər verir ki, bu barədə İtaliyanın “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Xəbərdə, İbrahimoviçin “Milan” rəhbərliyinin yeritdiyi siyasətdən narazı olduğu və bu səbəbdən də komandadan ayrılmaq istədiyi bildirilib. İbrahimoviç “Milan”da komandanın əsas oyunçusu olmaq istəsə də, klubun baş direktoru İvan Qazidisin planları fərqlidi.

“Milan”la mövsümün sonuna qədər müqaviləsi olan 38 yaşlı hücumçu, yeni sözləşmə imzalamayacaq. Təcrübəli futbolçunun bu yay karyerasını başa vuracağı və məşqçiliyə başlayacağı da iddia olunur.

Bu mövsüm “Milan”la 10 oyunda iştirak edən İbrahimoviç, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

İbrahimoviç karyerası ərzində “Yuventus”, “İnter”, “Barselona”, “Milan”, “Mançester Yunayted”, PSJ kimi klublarda çıxış edib.

Shares: