Yaponiyanın “Vissel Kobe” klubunun futbolçusu Qotoku Sakay koronavirusa yoluxub.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda, 29 yaşlı futbolçunun koronavirus testinin müsbət çıxdığı bildirilib.

Sakay, Yaponiya 1-ci liqasında koronavirusa yoluxan ilk futbolçu olub.

“Vissel Kobe”də “Barselona”nın keçmiş futbolçusu Andres İnyesta da forma geyinir.

Shares: