Türkiyənin “Trabzonspor” klubunun futbolçusu Badu Ndiaye əməliyyat olunub.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisinin “Stok Siti”dən transfer etdiyi seneqallı yarımmüdafiəçi xeyli müddət idi dizindəki ağrılardan əziyyət çəkirdi.
Bu üzdən də klub həkimləri onun elə Türkiyədə əməliyyat olunmasına qərar veriblər. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 29 yaşlı futbolçunun əməliyyatı uğurlu olub və o, hazırda özünü yaxşı hiss edir.
Yeri gəlmişkən, Ndiaye koronavirus pandemiyası ilə əlaqədar Seneqalda 650 ailəyə yardım edib. O, bunu ailə üzvlərinin köməyi ilə həyata keçirib. Belə ki, futbolçunun anadan olduğu bölgədə pandemiya səbəbindən əziyyət çəkən 650 ailəyə təmizləyici vasitələr, ərzaq və dezinfeksiya vasitələri hədiyyə olunub. Bundan başqa, həmin bölgədə yerləşən xəstəxanaya da pandemiyadan qorunmaq üçün müxtəlif vasitələr təqdim olunub.