Məşqləri bərpa edən Türkiyənin “Fənərbaxça” klubu hazırlığı davam etdirir.
Futbolinfo.az xəbər verir ki, İstanbul təmsilçisi bu gün ikinci məşqinə çıxıb.
Klubun rəsmi saytının yaydığı məlumata görə, futbolçular hazırlıq prosesindən öncə koronavirus testindən də keçiblər.
Daha sonra komanda üzvləri “Can Bartu” bazasında sosial məsafə qaydalarına əməl etməklə məşqə çıxıblar.